Afrikadan gəlib Azərbaycanda deputat oldu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Afrikadan gəlib Azərbaycanda deputat oldu - FOTO

Siyasət

02 Sentyabr 2024 13:40 3667


Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 

Yenisabah.az Unikal.az-a istinadla xəbər verir ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olan Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən 55.9 faiz səslə öndədir. 

P.Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri idi.  Marqarita pizza

Ondan başqa daha 3 diplomatımız parlament seçkilərində iştirak edir və onlar da öz dairələrində liderdirlər. 

Onlardan biri ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb və hazırda 51 faiz səslə öndədir. 

Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyev 49 saylı Abşeron ikinci seçki dairəsində 46.7 faiz səslə rəqiblərini üstələyir. 49 yaşlı R.Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub. 

Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov isə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsində 44.5 faiz səslə irəlidədir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!