Afrikalı futbolçu “Neftçi“ ilə vidalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Afrikalı futbolçu “Neftçi“ ilə vidalaşdı

İdman

14 Yanvar 2023 09:19 801


Qış fasiləsində "Neftçi" ilə yollarını ayıran seneqallı futbolçu Mamadu Mbodj "ağ-qaralar"la vidalaşıb. 

Yenisabah.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bununla bağlı "İnstaqram" səhifəsində video paylaşıb. 

"Yalnız ən böyük xatirələr... Və hər biri unikaldır! Hər şey üçün "Neftçi"yə ürəkdən təşəkkür edirəm" - afrikalı oyunçu yazıb.  Dominos pizza

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunan Mbodj 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!