Salyanda ağac kəsən şəxs cərimələndi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən “Yeni Sabah”a verilən məlumata görə, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Salyan rayonu Çuxanlı kəndi ərazisində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib.
Araşdırma zamanı ağacın Çuxanlı kənd sakini Aftandil İmanov tərəfindən kəsildiyi məlum olub. pizza mizza
Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2900 manat məbləğində cərimə və ziyan tətbiq edilib.
Telegram kanalımız