Ağakərimin oğlundan xahiş etdi - “Ərizəni geri götür...“ – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ağakərimin oğlundan xahiş etdi - “Ərizəni geri götür...“ – VİDEO

Şou

13 Dekabr 2021 13:29 1351


Tanınmış meyxanaçı Ağakərimin oğlu şairə Nazilə Səfərlini polisə verməsindən danışıb.

Yenisabah.az xəbər verir ki, söz ustadının oğlu Kamil ərizəsini geri götürəcəyini bildirib.

Bu barədə o, ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramına canlı bağlantı edərək danışıb: Pepperoni pizza

"Əvvəl fikir vermədim, amma sonra gördüm ki, telefon susmur. Bağımızı satdıq, amma onun dediyi kimi, 150 min manat fantastik qiymətə yox. Hamıdan xahiş etmişəm ki, gəlməzdən 2-3 saat əvvəl bizə xəbər verin.

Atam hər zaman deyirdi ki, bir qapını döyməzdən əvvəl bir gör ona lazımsan, ya yox. Bəlkə səni görmək istəmir. Ona da bildirdim ki, evdə yoxam, 2 saat əvvəldən xəbər etsinlər. Adətimiz var, evdə kişi yoxdursa, qadın qapı açmır. Onun dediyi ittihamlara görə polisə şikayət etdim".

Qeyd edək ki, Nazilə Səfərli onun ünvanına tənqidlər səsləndirərək, atasına psixotrop iynələr vurmaqda ittiham etmişdi.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!