Ağamirzə “Beşiktaş”ı qarşılamağa getdi

saytların hazırlanması

Evə çatdırılma

Ağamirzə “Beşiktaş”ı qarşılamağa getdi

İdman

12 May 2023 19:40 1059


Beşiktaş” “Sabah”la xeyriyyə oyunu üçün Bakıya gəlib.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, İstanbul klubunu qarşılayanlar arasında məşhur meyxanaçı Ağamirzə də olub.

O, saytımıza açıqlamasında sabahkı matçdan gözləntilərini bölüşüb: Marqarita pizza

“Türkiyə bizim qardaşımızdır. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! İnşallah, sabah maraqlı oyun olacaq. “Beşiktaş”a azarkeşlik edirəm. Amma ondan da çox “Sabah”ı dəstəkləyirəm. Düşünürəm ki, “Sabah” “Beşiktaş”a 2:1 hesabı ilə qalib gələcək”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” - “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!