Ağcabədidə ağır qəza: Ölən və yaralananlar var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədidə ağır qəza: Ölən və yaralananlar var - Fotolar

Hadisə

30 Sentyabr 2023 21:20 856


Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

32-BE-883 dövlət qeydiyyat nişanlı “Lada Priora” markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub. pizza hut

Nəticədə “Lada Priora” işıq dirəyinə çırpılıb.

Qəza zamanı bir nəfər - Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Orxan Salman oğlu Hüseynov həyatını itirib.

Onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Emin Raquf oğlu Məmmədov və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!