Ağcabədidə narkotik əməliyyatı:   2 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağcabədidə narkotik əməliyyatı: 2 nəfər saxlanıldı

Kriminal

17 Oktyabr 2022 11:37 983


Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik tərkibli bitkinin kultivasiyasında və oğurluq əməlləri törətməkdə şübhəli bilinən iki nəfər - Çingiz Əliyev və Qalib Musayev saxlanılaraq məsuliyyətə cəlb edilib. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Çingiz Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş 11 ədəd çətənə bitkisi və çəkisi 7 kiloqram 555 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. pizza hut

Bundan başqa, rayon sakini Qalib Musayevin evdən qızıl-zinət əşyaları, avtomobil ehtiyat hissələri və elektrik naqilləri oğurlayaraq zərərçəkmiş şəxsə 8 600 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Hər iki faktla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!