Ağcaqanadlar bu qan qrupundan olan insanları “sevirlər”  

saytların hazırlanması

Evə çatdırılma

Ağcaqanadlar bu qan qrupundan olan insanları “sevirlər”  

Maraqlı

13 Aprel 2024 18:55 2411


Malyariya qansoran həşəratların daşıdığı yeganə xəstəlik deyil. Digər təhlükələrə sarılıq və qanaxmaya səbəb olan sarı qızdırma və Zika qızdırması daxildir. Xüsusilə hamilə qadınlar üçün təhlükəlidir, çünki bu, hamiləliyin pozulmasına və vaxtından əvvəl doğuşa, körpələrdə isə mərkəzi sinir sisteminin anormallıqlarına və mikrosefaliyaya səbəb olur. 

Bəs kim ağcaqanadların "hücumlarından" başqalarından daha çox qorxmalıdır? İnsanların sevimli yeməkləri olduğu kimi, qansoran həşəratların da sevimli qurbanları var. 

Bu barədə terapevt Larisa Alekseyeva danışıb.  Dördpendirli pizza

Onun sözlərinə görə, alimlər aşkar ediblər ki, ağcaqanadlar ən çox I qan qrupundan olan insanları sancırlar. Buna görə də, uçan qaniçənlərdən qorunmaq üçün bu insanlara isti mövsümün başlanğıcında ehtiyatlı olmaq tövsiyə olunub. Ekspert qorunmaq üçün antihistaminiklər və xüsusi kremlər, ya spreylər ehtiyatı almağı tövsiyə edib. 

Üstəlik, ağcaqanadları təkcə qan deyil, həm də bədən qoxusu cəlb edir. Beləliklə, şirin ətirləri və meyvəli qoxuları sevənlər zəhlətökən həşəratlara daha çox məruz qalır, nəinki odunlu qoxulara üstünlük verənlər. (Publika.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!