“Hamı səhvən düşünür ki, maşın bazarında satılan avtomobillərin hamısı xaricdən gətirilir, buna görə də bu bazara üz tuturlar”.
Bunu “Yeni Sabah”a iqtisadçı Natiq Cəfərli deyib.
Onun fikrincə, paytaxt artıq maşın bazarı məkanı kimi formalaşıb: Sezar pizza
“Bakıda təqribən 1 milyona yaxın avtomobil var. Qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 580 mindən çoxdur. Amma region qeydiyyatı olan avtomobillər də şəhərə üz tutur. Ə çox da iş axtarmaq üçün Bakıya köçənlər.
Şənbə-bazar Bakıdan Ağdama gedib maşın satmaq paytaxt sakinlərinə sərf edəcəkmi? Bu, ideya olaraq maraqlıdır. Regional və böyük bir bazarın Ağdamda olması heç də pis deyil. Amma Bakıdakı bazarı bağlayıb Ağdamda bazar açmaq düzgün yanaşma deyil. Onsuz da səmərəsiz olacaq. Artıq avtomobil satışlarının böyük bir qismi onlayn həyata keçirilir”.
Ekspert vurğulayıb ki, Ağdamda regional avtomobil bazarının yaradılması daha məntiqlidir:
“Bu həm də bölgənin iqtisadiyyatında canlanma yarada bilər. Region bazarda eyni model maşınlar paytaxt bazarına nisbətən daha ucuz olar”.
Qeyd edək ki, paytaxtın Badamdar qəsəbəsində yerləşən ən böyük avtomobil bazarının Ağdama köçürülməsi barədə məlumat yayılıb.
Ağdam Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, RİH-ə aid hissədə belə bir bazarın inşası nəzərdə tutulmayıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi də məlumatın həqiqətə uyğun olmadığını açıqlayıb.
Nazim Hacıyev
Telegram kanalımız