Ağdamda minaya düşən ekskovatorçu ilə bağlı rəsmi məlumat yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda minaya düşən ekskovatorçu ilə bağlı rəsmi məlumat yayıldı

Hadisə

21 Sentyabr 2021 10:00 2047


21 sentyabr 2021-ci ildə saat 1 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayev tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu barədə Ağdam Rayon Prokurorluğundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Sezar pizza

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!