Sosial əhəmiyyətli “Kütləvi çıxarış” kampaniyası bu dəfə Novruz bayramı ərəfəsində, martın 19-da Ağdam rayonunda keçirilib.
"Yeni Sabah" xəbər verir ki, cəbhə bölgəsini əhatə edən budəfəki “Kütləvi çıxarış” kampaniyası geniş şəkildə keçirilməklə Ağdamın 12 kəndini əhatə edib. Belə ki, rayonun Xındırıstan, Dadaşlı, Baharlı, Paşabəyli, 1-ci və 2-ci Yüzbaşlı, Əhmədağalı, o cümlədən Böyükbəyli, Sarıcalı, Kəlbəhüseynli, Çəmənli, Sarıçoban kəndlərindən olan 200-ə yaxın sakinə ünvanlarındaca çıxarışlar təqdim edilib. Verilən çıxarışlar isə əsasən, fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib. Xidmətdən istifadə edənlər arasında Qarabağ müharibəsinin iştirakçıları, şəhid ailələri, döyüşlərdə xəsarət almış şəxslər də olub. Kampaniya zamanı şəhid ailələrinə çıxarışlar evlərində təqdim olunub.
Çıxarış verilməsi məqsədilə 80-ə yaxın sakindən əmlaklarına dair ilkin sənədlər toplanıb. Ağdam rayonunda sakinlərin çıxarışlarla təmin olunması ilə yanaşı, bu sahədə digər hüquqi xidmətlər də göstərilib. Sezar pizza
Telegram kanalımız