Ağdaşda 3 min manatlıq qızıl oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda 3 min manatlıq qızıl oğurlandı

Kriminal

12 Oktyabr 2022 10:17 1043


Ağdaşda 5 nəfər tutularaq istintaqa cəlb edilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istindala xəbər verir ki, rayonun Şıxlı kəndində yerləşən evlərin birindən ümumi dəyəri 3000 manata yaxın olan qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polis şöbəsinə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluq etdiyi üçün elektron qolbaqla təchiz olunan Səddam Mahmudov saxlanılıb, onunla əlbir olan digərinin isə şəxsiyyəti müəyyən edilib. Oğurladığı qızıllar S.Mahmudovdan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Dördpendirli pizza

Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı isə daha 4 nəfər - Namiq Əzizov, Qəzənfər Əhmədov, Tural Muradov və Rahim Musayev saxlanılıb. Onlardan metamfetamin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!