Ağdaşda narkotik və oğurluq cinayətlərinə görə 4 nəfər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda narkotik və oğurluq cinayətlərinə görə 4 nəfər tutuldu

Kriminal

20 Sentyabr 2022 11:31 966


Ağdaşda narkotik və oğurluq cinayətlərinə görə 4 nəfər tutulub

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər ərazisində yerləşən evlərin birindən ümumi dəyəri 1000 manata yaxın olan otbiçən alətin, hava kompressorunun, avtomobilə aid detalın və digər avadanlıqlarının oğurlanmasında 1 nəfər şübhəli bilinib. Bu cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər də məhkum olunmuş Müzəffər Qədirov tutularaq istintaqa təhvil verilib. O, əməlini etiraf edib və oğurladıqlarını dəyərindən dəfələrlə aşağı qiymətə satdığını bildirib. 

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyatlar nəticəsində isə rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər - Nazir Məlikov, Elşən Babayev və Hakim Quluyev saxlanılıb. Onlardan heroin və metamfetamin aşkar edilərək götürülüb. İstintaq zamanı E.Babayevin üzərində daşıdığı heroini 30 manat müqabilində N.Məlikovdan aldığı müəyyən edilib. pizza sifarişi

Faktlarla bağlı cinayət işləri başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!