Ağdərədə mina partladı: Xəsarət alan var

saytların hazırlanması

Evə çatdırılma

Ağdərədə mina partladı: Xəsarət alan var

Hadisə

11 Yanvar 2026 15:16 648


İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində bu gün mina hadisəsi baș verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Elvin Həmiddin oğlu Kərimov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub. Marqarita pizza

Kərimov Elvin rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!