Ağır atletika üzrə Azərbaycan Kuboku keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Ağır atletika üzrə Azərbaycan Kuboku keçiriləcək

İdman

19 Dekabr 2022 11:28 885


Dekabrın 21-23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kuboku keçiriləcək.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb.

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq. pizza mizza

Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağır atletika üzrə ən yaxşı idman təşkilatları, ən yaxşı qadın və kişi idmançılarını, ümidvericı ağır atletlərdən ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etmək, yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!