Ağır xəsarət alan İlkin “Semaşko”da qaldı, suriyalılar özəl xəstəxanaya aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağır xəsarət alan İlkin “Semaşko”da qaldı, suriyalılar özəl xəstəxanaya aparıldı

İdman

15 İyul 2019 15:02 1529


Xan Sarayında baş verən hadisədə ən ağır xəsarət alanlardan biri də “Qəbələ” klubunun əməkdaşı, jurnalist İlkin Məmmədovdur.

“Yeni Sabah” xəbər  verir ki, o ən ağır xəsarət alan olsa da, suriyalı zərərçəkənlər özəl xəstəxanalara, İlkin isə “Semaşko”ya yerləşdirilib.

Bu barədə “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz “Facebook” ünvanında yazıb:

“İlkin son illərdə yetişən ən istedadlı gənclərdən biri olmaqla yanaşı əxlaqı, tərbiyəsiylə də hər kəsin rəğbətini qazanıb. İlkinlə yanaşı Bakıya helikopterdə gətirilən daha 3 nəfər (Suriya vətəndaşları) İlkinlə müqayisədə daha az xəsarət alsa da bugün özəl xəstəxanaya köçürülüb. Bəli, yanlış duymadınız yüngül zədə alan suriyalıları özəl xəstəxanaya aparıblar - ayağı 2 yerdən sınan, qabırğasında əzik (inşallah ki, sadəcə əzikdi), kəllə-beyin travması keçirən azərbaycanlını isə Semaşkoda saxlayıblar, bəlkə də taleyinə gedişatına!

Dünəndən tanıyan-tanımayan bütün media, TV hərkəs İlkinə dəstək olmağın yollarını axtarır. Həmkarlarından fərqli İlkini ziyarət etməyən, amma əvəzində görmədən-bilmədən İlkinə yüksək tibbi xidmət göstərildiyini yazıb "like" boxçasını dolduranlar yəqin məsələni diqqətdə saxlayarlar.

İlkin bu cəmiyyətə lazımlı insandır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!