Ağstafa sakini Bakıda itkin düşdü - Polis onu axtarır

saytların hazırlanması

Evə çatdırılma

Ağstafa sakini Bakıda itkin düşdü - Polis onu axtarır

Hadisə

23 Oktyabr 2021 12:18 722


Ağstafa rayonunda qeydiyyatda olmaqla paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində yaşayan 27 yaşlı Günay Nəsibova itkin düşüb. 

Bu barədə Yenisabah.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Onun həyat yoldaşı polisə ərizə yazaraq bildirib ki, bu ilin oktyabr ayının 22-də səhər saat 11 radələrində evdən çıxıb və axşam yaşadıqları ünvana qayıdan zaman G.Nəsibovanı orada olmadığını müəyyən edib. Axtarışları nəticə vermədiyi üçün o, bu barədə polisə məlumat verib. Dördpendirli pizza

"Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 491-02-02 və 012-437-02-02 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!