Ağstafada yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsi ərazisində qeydə alınıb.
“VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 28 yaşlı Məcid Rzayev, 27 yaşlı Azər Bayramov, 40 yaşlı Ramin Hacıyev, 65 yaşlı Şahin Qasımov, 31 yaşlı İlkin Abdullayev və 39 yaşlı Sübhan Vəliyev xəsarət alıb. Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Marqarita pizza
Faktla bağlı araşdırmalara başlanılıb.
Telegram kanalımız