Ağstafada avtomobil qəzasında ölən üç nəfər ANAMA əməkdaşlarıdır

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada avtomobil qəzasında ölən üç nəfər ANAMA əməkdaşlarıdır

Hadisə

29 Aprel 2023 17:10 949


Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən üç nəfər Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.

Bu barədə “Report”un bölgə müxbiri xəbər verir.

Ölən şəxslərin Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov və 1994-cü il təvəllüdlü Ramin Məmmədov, eləcə də Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov olduğu müəyyənləşib. pizza sifarişi

Eyni zamanda, Agentliyin daha iki əməkdaşı - Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

Qeyd edək ki, hadisə “Toyota” və VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!