Ağstafada evə BASQIN - Maskalı şəxs mənzili YANDIRDI

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada evə BASQIN - Maskalı şəxs mənzili YANDIRDI

Hadisə

15 İyul 2021 13:48 1364


Ağstafa Rayon Polis Şöbəsinə iyulun 13-də rayonun Aşağı Göycəli kənd sakini, 83 yaşlı C.Əliyevanın yaşadığı evə girən maskalı şəxsin onu balta və bıçaqla hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alması, sonradan otağın döşəməsini yandırıb getməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a bildirilib ki, yanğın söndürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Heydərov müəyyən edilərək saxlanılıb. Toyuqlu pizza

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!