Ağsu aşırımı bağlanıb? -   RƏSMİ AÇIQLAMA-VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ağsu aşırımı bağlanıb? - RƏSMİ AÇIQLAMA-VİDEO

Hadisə

19 Yanvar 2026 13:19 393


Ağsu dolaylarında nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hava şəraitinə baxmayaraq, Ağsu dolaylarında avtomobillərin hərəkəti açıqdır və nəqliyyatın fasiləsiz hərəkəti təmin edilir. Dördpendirli pizza

Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə koordinasiyalı iş təşkil olunub, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə fasiləsiz xidmət aparılır.

“Sürücülərdən xahiş olunur ki, sürət həddini hava şəraitinə uyğun seçsinlən, ara məsafəsini qorusunlar, qış mövsümünə uyğun şinlərdən istifadə etsinlər”, - DİN-dən qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!