Ağsu sakini iribuynuzlu heyvana görə həlak oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ağsu sakini iribuynuzlu heyvana görə həlak oldu - Fotolar

Hadisə

11 Sentyabr 2021 23:26 1591


Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün saat 19 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Muradlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Ərabsarvan kənd sakini 1992-ci il təvəllüdlü sürücü Elçin Namiq oğlu Bağırov idarə etdiyi “LADA-21010” markalı minik maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəflətən qarşısına iribuynuzlu heyvan çıxıb. Dördpendirli pizza

Sürücü idarəetməni itirib və yolun kənarında oturaq vəziyyətdə olan Muradlı kənd sakini 1965-ci il təvəllüdlü Asif Əhməd Oğlu Manafovun üstünə çıxıb. A.Manafov hadisə yerində dünyasını dəyişib.

Cəsəd müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

/AZƏRTAC


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!