Ağsuda keçmiş məhkumdan külli miqdarda heroin götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Ağsuda keçmiş məhkumdan külli miqdarda heroin götürüldü

Kriminal

23 Fevral 2022 09:29 505


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş şəhər sakini Amid Muradov şübhəli şəxs qismində saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan külli miqdarda narkotik vasitə olan heroin və metamfetamin qalıqları olan şüşə qab aşkarlanaraq maddi sübut kimi götürülüb. Marqarita pizza

Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin də qərarı ilə Amid Muradov barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!