Ağsuda narkotik satışı ilə məşğul olan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ağsuda narkotik satışı ilə məşğul olan şəxs tutuldu

Kriminal

29 Sentyabr 2025 11:07 374


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı Tale Məmmədli saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a  bildirilib ki,  ondan 3 kiloqrama yaxın marixuana və metamfetamin aşkar olunub. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!