Ağsuda ölümlə nəticələnən yol qəzası baş verdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verdi - Fotolar

Hadisə

11 Sentyabr 2021 20:57 773


Ağsuda avtomobil yol kənarındakı adamı vurub.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun Muradlı kəndi ərazisində olub.

Belə ki, rayonun Ərəbsarvan kənd sakini, 1992-ci il təvəllüdlü sürücü Elçin Namiq oğlu Bağırov idarə etdiyi “LADA-21010” markalı minik maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən qəflətən qarşısına iribuynuzlu heyvan çıxıb. Sürücü idarəetməni itirib və yolun kənarınada oturaq vəziyyətdə olan Muradlı kənd sakini, 1965-ci il təvəllüdlü Asif Əhməd Oğlu Mənəfovun üstünə çıxıb. A.Mənəfov hadisə yerindəcə dünyasını dəyişib. pizza sifarişi

Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!