Aİ Ermənistandakı missiyanın fəaliyyət müddətini uzatdı

saytların hazırlanması

Evə çatdırılma

Aİ Ermənistandakı missiyanın fəaliyyət müddətini uzatdı

Dünya

30 Yanvar 2025 16:58 205


Aİ Şurası 44 milyon avroluq büdcə ilə Aİ-nin Ermənistandakı missiyasının mandatını iki il müddətinə uzadıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sənəddə deyilir:

“Şura bu gün Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) mandatının daha iki il müddətinə, 2025-ci il fevralın 19-dan 2027-ci il fevralın 19-dək olan dövr üçün büdcədən 44 milyon avrodan çox vəsait ayırmaqla, 19 fevral 2027-ci ilə qədər uzadılması barədə qərar qəbul edib”. Toyuqlu pizza

Bəyanatda vurğulanır ki, Aİ-nin Ermənistandakı missiyası Aİ-nin regionda sülh və sabitliyin qorunması səylərinin mühüm tərkib hissəsidir. “Missiya yerlərdə vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyini təşviq etmək və [mümkün olduqda] Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasını dəstəkləməyə çağırılır. Missiyanın mandatı dəyişməz olaraq qalır – o, silahsız mülki missiyadır və belə də qalacaq”, - mətbuat xidməti izah edib.

Sənəddə deyilir ki, missiya beynəlxalq və yerli işçilər də daxil olmaqla 200-dən çox insandan ibarətdir. “Misiyanın müşahidəçiləri və mülki ekspertlər 25 Aİ-yə üzv dövləti və üçüncü iştirakçı dövlət olan Kanadanı təmsil edirlər”, - deyə əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!