“Ailə inkişaf planı” hazırlanacaq

saytların hazırlanması

Evə çatdırılma

“Ailə inkişaf planı” hazırlanacaq

Sosial

03 İyun 2020 11:18 1494


Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən  “Ailə inkişaf planı” hazırlanacaq.

Yenisabah.az xəbər verir ki, “Ailə inkişaf planı”nın hazırlanması üçün ilk növbədə uşaqlarını dövlət uşaq müəssisələrinə verən ailələrə səfərlər təşkil olunmaqla, onlarla bağlı qiymətləndirmələrin aparılmasına başlanıb.

Qiymətləndirmələr bu ailələrin uşaqlarını müəssisəyə yerləşdirmə səbəbləri, sosial-psixoloji vəziyyəti, sosial-müdafiə ehtiyacları, uşağın ailədə yaşamaq potensialı, riskləri və s. üzrə aparılır. pizza hut

Bu qiymətləndirmələrin nəticələri əsasında hazırlanacaq “Ailə inkişaf planı” üzrə həmin ailələrlə bağlı zəruri istiqamətlərdə sosial dəstək tədbirlərinin görülməsi nəzərdə tutulub.

Qiymətləndirmə prosesinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2 regional Ailələrə Dəstək Mərkəzinin, UNİCEF-in Azərbaycanın regional layihələrindəki sosial işçi heyətinin, “SOS Uşaq Kəndləri” Azərbaycan Assosiasiyasının “Bakı Ailələrə Dəstək Mərkəzi”nin sosial işçiləri cəlb edilib.

Onlara Nazirlik tərəfindən onlayn platforma vasitəsi ilə zəruri təlimatlar verilib, sosial xidmətə ehtiyacı müəyyənləşdirən beynəlxalq standartlara uyğun qiymətləndirmə sənədləri təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!