Akif Təvəkküloğlu işdən çıxdı – Görün, hansı vəzifəyə getdi

Akif Təvəkküloğlu işdən çıxdı – Görün, hansı vəzifəyə getdi

Sosial

13 Yanvar 2023 11:25 1433


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və İctimaiyyətlə ələqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

 “Yeni Sabah” Manset.aza istinadn bildirir ki, qurumun rəsmisi Əməkdar jurnalist, 2-ci dərəcə dövlət müşaviri Akif Təvəkküloğlu başqa bir yerdə daha yüksək vəzifəyə təyin olunduğuna görə işdən çıxıb. Akif Təvəkküloğlu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri təyin edilib.

O sözügedən sayta açıqlamasında məlumatı təsdiq edib.

Bildirək ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovdur.

Qeyd edək ki, Əməkdar jurnalist Akif Təvəkküloğlu uzun illər AZTV-də işləyib. 2006-2020-ci illər isə Milli Məclisin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Daha sonra Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və İctimaiyyətlə ələqələr şöbəsinin müdiri təyin edilib. O fəaliyyəti dönəmində jurnalistlərə və mətbuata açıq olması ilə seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!