Bu ilin əvvəlində Ukrayna Silahlı Qüvvələri (USQ - VSU) təxminən 400 kvadrat kilometr ərazini azad edib.
“Yeni Sabah” Bloomberg-ə istinadla xəbər verir ki, bu, ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin hesabatında əks olunub.
Rusiya ordusunun “Starlink” peyk internet terminallarının bağlanmasından sonra Ukrayna qüvvələri Rusiya ordusunun "müvəqqəti, lakin əhəmiyyətli dərəcədə zəifləməsi" ilə 2023-cü ildən bəri ilk dəfə ərazini geri ala biliblər. pizza
Rusiya ordusu Starlink terminallarından hərəkətləri əlaqələndirmək və dronlar atmaq üçün istifadə edib. Bundan əlavə, Kremlin döyüş meydanında əsas rabitə vasitəsi olan “Telegram” mesajlaşma tətbiqini bloklamaq qərarı Rusiya qoşunlarına daha bir zərbə vurub. Lakin agentliyinin hesabatında qeyd edildiyi kimi, mart ayı etibarilə Rusiya cəbhədə əksər döyüş funksiyalarında ümumi üstünlüyü qoruyub saxlaya bilib.
Ukrayna Müdafiə Nazirinin müşaviri Sergey Beskrestnov “Starlink”in itirilməsinin Rusiya ordusu üçün fəlakət olduğunu bildirib.
Telegram kanalımız