Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanın qardaşı ağır ürək əməliyyatı keçirib.
“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
B.Dadaşova bildirib ki, qardaşı açıq ürək əməliyyatı olunub. pizza mizza
Əməliyyatı Mərkəzi Klinik Xəstəxanada tibb elmləri doktoru, professor, tanınmış ürək-damar cərrahı Kamran Musayev edib.
“Kamran doktor, qardaşımın ürəyini açıq əməliyyat edib onu həyata qaytardığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm. Gözəl həkimlərimizin şəfalı əlləri var olsun”, - Xalq artisti bildirib.
Aydan Hacı

Telegram kanalımız