Ədalət sərvətindən danışdı: “3-4 ildən bir avtomobilimi dəyişirəm”

saytların hazırlanması

Evə çatdırılma

Ədalət sərvətindən danışdı: “3-4 ildən bir avtomobilimi dəyişirəm”

Şou

22 May 2026 10:03 279


Əməkdar artist Ədalət Şükürov sərvətindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, “Çərçivədən kənar” verilişində sualları cavablandırıb.

İfaçı qeyd edib ki, hər 3-4 ildən bir avtombilini dəyişir: Sezar pizza

“Çoxu deyir ki, mənim şirkətlərim var. Mən də hər zaman efirlərdə səsləndirirəm ki, əgər kimsə hardasa mənim şirkətimi tapsa, ona hədiyyə verəcəm. O ki qaldı avtomobillərə, hər 3-4 ildən bir maşınımı dəyişirəm. 1 avtomobilim var, sürürəm, bir azdan başqasını alıram.

Dövlət reysterinə də baxsanız, görərsiniz ki, 1 avtomobilim var. 3-4 maşına ehtiyacım yoxdur. Əvvəl əlavə idman tərzində maşınım var idi, indi biri bəsdir. Bir evim, bir bağım. Normal həyat tərzi budur”. 

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!