Kayli Minoq ikinci dəfə xərçəngə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Kayli Minoq ikinci dəfə xərçəngə qalib gəldi

Şou

22 May 2026 00:44 113


Avstraliyalı 56 yaşlı müğənni Kayli Minoq süd vəzi xərçənginə ikinci dəfə qalib gəldiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, müğənni bu barədə “Kylie” adlı sənədli filmdə danışıb.

Kayli ilk dəfə 2005-ci ildə süd vəzi xərçəngi ilə mübarizə aparmış və həmin dövrdə onun müalicəsi mediada geniş işıqlandırılmışdı. Sənədli filmdə isə sənətçi bildirib ki, ona ikinci dəfə 2021-ci ildə planlı müayinədən sonra eyni diaqnoz qoyulub. pizza sifarişi

Müğənni bu dəfə müalicə prosesini ictimaiyyətdən gizli saxlamağa üstünlük verdiyini deyib. O, erkən diaqnozun böyük rol oynadığını vurğulayıb:

“İkinci dəfə xərçəng diaqnozu mənə 2021-ci ilin əvvəlində qoyuldu. Bu xəbəri gizli saxlaya bildim. İlk dəfəki kimi olmadı. Xoşbəxtlikdən yenə də bu xəstəliyi geridə qoydum və indi hər şey yaxşıdır” deyə, Kayli bildirib.

Sənətçi əlavə edib ki, musiqi onun üçün ən böyük motivasiya mənbəyidir və ona güc verir./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!