Ermənistanda seçki saxtakarlığı: Rusiyalı milyarderin partiya üzvləri rüşvətə görə saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda seçki saxtakarlığı: Rusiyalı milyarderin partiya üzvləri rüşvətə görə saxlanıldılar

Dünya

21 May 2026 19:59 87


Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının üzvlərini saxlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə komitənin rəsmi saytında xəbər yerləşdirilib.

Məlumata əsasən, seçicilərin səslərini satın almaqda şübhəli bilinən şəxslərlə bağlı Alaverdi şəhərində xüsusi əməliyyat keçirilib. Dördpendirli pizza

"Lori əyalətinin Alaverdi şəhərində yerləşən "Güclü Ermənistan" partiyasının ofisində məsul şəxsin digər şəxslərlə birgə, parlament seçkisində partiyanın lehinə səs vermələri müqabilində seçicilərə rüşvət payladığına dair təkzibolunmaz sübutlar əldə edilib. Onların bu cinayətkar fəaliyyəti gizlətmək üçün vətəndaşlara payladıqları məbləğləri partiya ofislərində görülən işlər müqabilində verilən əməkhaqqı kimi qələmə verdikləri müəyyən olunub", - deyə rəsmi açıqlamada bildirilib.

Komitə faktla bağlı cinayət işinin açıldığını, axtarışların aparıldığını və bir neçə şəxsin saxlanıldığını bəyan edib. Hazırda saxlanılan partiya tərəfdarlarının dəqiq sayı açıqlanmır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!