Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər

saytların hazırlanması

Evə çatdırılma

Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər

Siyasət

21 May 2026 17:04 88


Dünya liderləri 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər.

“Yeni Sabah” xəbər verir ki, dövlət başçısına ilk təbrik mesajı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan gəlib.

Kralın məktubunda deyilir: Dominos pizza

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm Prezident, əziz Qardaşım.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da çox inkişaf və firavanlıq arzu edirəm".

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb:

"Zati-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar günü Sizinlə birlikdə qeyd edərkən, Misir və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Eyni zamanda, dost xalqlarımızın mənafeyinə uyğun olaraq ortaq maraq doğuran müxtəlif sahələrdə əlaqələrimizin daha da dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində Sizinlə sıx əməkdaşlıq etməyə sadiq qaldığımı bir daha təsdiqləyirəm.

Hörmətli cənab Prezident, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".

***

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib:

“Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulayıram.

Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı sıx münasibətlərə çox böyük dəyər verirəm.

Əməkdaşlığımız onu dərinləşdirmək və qardaş ölkələrimizin vətəndaşlarının istəklərinə uyğun olan xüsusi tərəfdaşlıq qurmaq əzmimizlə daha da möhkəmlənir”.

***

İsveç Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

***

Koreya Respublikasının Prezidenti Li Cemyön Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Koreya Respublikasının Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Koreya ilə Azərbaycanın sarsılmaz dostluğa və dərin etimada əsaslanan əməkdaşlıq münasibətlərinin davamlı şəkildə inkişafını olduqca önəmli hesab edirəm.

Ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə və müxtəlif sahələrdə sıx mübadilələr vasitəsilə əməkdaşlığımızın üfüqlərinin genişlənəcəyinə ümidvaram.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasına davamlı tərəqqi və firavanlıq, xalqınıza xoşbəxtlik arzulayıram”.

***

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İlham Əliyevə təbrik məktubunu çatdırıb:

"Zati-aliləri.

Əlamətdar tarix - 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına öz adımdan və Cənubi Afrika Respublikasının Hökuməti və xalqı adından ən səmimi təbriklərimizi, xoş arzularımızı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da inkişaf etdirmək niyyətimizi bir daha bəyan edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Baş nazirin təbrikində deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə, eyni zamanda, hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının mətanətini, qətiyyətini və sarsılmaz ruhunu təcəssüm etdirir. Pakistan xalqı böyük ölkənizin tərəqqi, sabitlik və inkişaf yolunda mühüm irəliləyişini mənimlə birlikdə yüksək dəyərləndirir.

Zati-alinizlə və əziz Qardaşımız Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə ötən il Azərbaycanda iştirak etmək şərəfinə nail olduğum Müstəqillik Günü tədbirləri yaddaşımda hər zaman xoş xatirə kimi qalacaq.

Zati-aliləri, Pakistan müdrik rəhbərliyinizlə davamlı şəkildə güclənən və inkişaf edən Azərbaycanla qardaşlıq münasibətlərinə çox böyük əhəmiyyət verir. Qardaşlığımız regional sülhə dair ortaq baxışı, qarşılıqlı hörməti və tərəfdaşlığımızın münasibətlərin dərinliyinə uyğun şəkildə inkişafı ilə bağlı istəyimizi əks etdirir.

Əminəm ki, Zati-alinizin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan daha böyük uğurlara və daha yüksək rifaha nail olacaq.

Sizi Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Çox yaxın gələcəkdə Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Fürsətdən istifadə edərək Zati-alinizi Pakistana rəsmi səfərə dəvətimi bir daha təkrarlayıram. Sizi ölkəmizdə çox səmimi qarşılamaqdan məmnun olardıq.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı tərəqqi arzu edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya Hökuməti və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Avstraliya ehtiyac duyulan zamanlarda, o cümlədən 2025-ci ildə vətəndaşlarımızın İrandan təxliyə olunmasına göstərdiyi köməyə görə Azərbaycana dərin minnətdarlığını bildirir.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!