Keçmiş deputatın oğluna yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş deputatın oğluna yüksək vəzifə verildi

İdman

20 May 2026 17:25 733


“Azərsutəchizattikinti” ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin sabiq deputatı Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova yüksək vəzifə verilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, Mərkəz Regional Futbol Federasiyasının prezidenti seçilib.

Mayın 20-də federasiyanın növbədənkənar V hesabat-seçki yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüsal Mirzəcan oğlu Xəlilov növbəti 5 il müddətində sözügedən quruma rəhbərlik edəcək. Sezar pizza

Xatırladaq ki, V.Xəlilovun atası Mirzəcan Xəlilov V çağırış (2015-2020) Milli Məclisin deputatı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!