ADY: Sərnişin qatarları Naxçıvana qədər hərəkət edə biləcək

saytların hazırlanması

Evə çatdırılma

ADY: Sərnişin qatarları Naxçıvana qədər hərəkət edə biləcək

Sosial

20 May 2026 15:43 125


Hazırda “Azərbaycan Dəmir Yolları” QSC azad edilmiş ərazilərdə dəmir yolu infrastrukturunun inkişafı istiqamətində fəal iş aparır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ADY-nin aparıcı mütəxəssisi Suliddin Bağırov WUF13 çərçivəsində təşkil olunan “Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” infosessiyası zamanı bildirib.

Onun sözlərinə görə, xüsusilə, işğal dövründə yararsız vəziyyətə düşmüş Ağdam–Xankəndi dəmir yolu xəttinin yenidən qurulması və bərpası üzrə intensiv işlər davam etdirilir. pizza mizza

“Hazırda həmin dəmir yolu xəttinin bərpası çərçivəsində fiziki işlərin icra səviyyəsi 40%-ə yaxındır”, - Suliddin Bağırov qeyd edib.

O əlavə edib ki, dəmir yolu infrastrukturunun bərpası baxımından digər mühüm istiqamətlərdən biri də Horadiz- Ağdam dəmir yolu xəttidir. Bu istiqamətdə aparılan işlərin icra səviyyəsi hazırda 72%-ə çatıb.

“Bu layihə başa çatdıqdan, həmçinin Zəngəzur dəhlizinin yaradılması prosesi tamamlandıqdan sonra, “Azərbaycan Dəmir Yollarına” məxsus sərnişin qatarları Naxçıvana qədər hərəkət edə biləcək”, - Suliddin Bağırov vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!