26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.
Bu barədə "Yeni Sabah"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildiririb ki, 5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək. Dördpendirli pizza
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Aytac Əliyeva
Telegram kanalımız