Mayın 26-da İranın xarici işlər naziri Abbas Əraqçinin BMT Təhlükəsizlik Şurasında açıq müzakirələrdə iştirak etmək üçün Nyu-Yorka səfər edəcəyi gözlənilir.
"Yeni Sabah" Fars-a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.
O qeyd edib: "Çinin BMT Təhlükəsizlik Şurasına sədrliyi və Pekinin beynəlxalq sülh və təhlükəsizlik üzrə xarici işlər nazirlərinin görüşünü keçirmək planlarını nəzərə alaraq, İran xarici işlər naziri görüşə dəvət alıb". pizza sifarişi
Bəqainin sözlərinə görə, nazirin sıx qrafiki olduğundan Əraqçinin toplantıda iştirakı ilə bağlı hələlik yekun qərar verilməyib.
Telegram kanalımız