Fərhad Əliyevə yeni   VƏZİFƏ VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Fərhad Əliyevə yeni VƏZİFƏ VERİLDİ

İqtisadiyyat

20 May 2026 13:34 399


Dövlət Statistika Komitəsində (DSK) kadr dəyişikliyi olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev vəzifəsindən azad edilib. Digər əmrlə o, Dövlət Statistika Komitəsinin Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri təyin olunub. Dördpendirli pizza

Hazırda DSK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsi vakantdır.

Xatırladaq ki, Azər Mursaqulov bu ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!