Bu yay meyvəsiz qalacağıq? - “Məhsulun bazara çıxarılmasını çətinləşdirib”

saytların hazırlanması

Evə çatdırılma

Bu yay meyvəsiz qalacağıq? - “Məhsulun bazara çıxarılmasını çətinləşdirib”

Sosial

20 May 2026 12:19 122


“Ölkə ərazisində son dövrlərdə müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatı sektoruna ciddi təsir göstərib. Güclü yağışlar, dolu, külək və temperaturun kəskin dəyişməsi açıq sahələrdə becərilən məhsulları risk altında qoyub”.

Bunu “Yeni Sabah”a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, intensiv yağıntılar bir sıra bölgələrdə əkin sahələrinin su altında qalmasına, torpaq eroziyasına və ciddi məhsul itkisinə səbəb olub: pizza hut

“Bu vəziyyət ən çox tərəvəzçilik, meyvəçilik və taxılçılıqla məşğul olan fermerlərə mənfi təsir göstərib. Yaz və yay mövsümündə temperaturun kəskin dəyişməsi bitkilərin vegetasiya prosesini pozur. Vaxtından əvvəl istilərin düşməsi və ya qəfil soyuqlar məhsulun yetişmə dövrünə ciddi ziyan vurur, nəticədə məhsuldarlıq azalır. Güclü küləklər isə meyvə ağaclarına, xüsusilə, çiçəkləmə dövründə böyük zərər yetirir. Bəzi bölgələrdə dolu yağması bağçılıq təsərrüfatlarına ciddi maddi itki verib”.

Akif Nəsirli vurğulayıb ki, yağıntıların normadan artıq olması kənd təsərrüfatında xəstəlik və zərərvericilərin yayılma riskini də yüksəldib:

“Rütubətli hava şəraiti bitkilərdə göbələk xəstəlikləri və müxtəlif infeksiyaların artmasına səbəb olur. Nəticədə, həm məhsulun keyfiyyəti aşağı düşür, həm də istehsal xərcləri artır.

Qeyri-sabit hava şəraiti suvarma sistemlərinə və kənd təsərrüfatı infrastrukturuna da ziyan vurub. Sel və daşqınlar kənd yollarını yararsız hala salıb, məhsulun bazara çıxarılmasını çətinləşdirib”.

Kənd təsərrüfatı sahəsinin təbii iqlim şəraitindən birbaşa asılı olduğunu xatırladan mütəxəssis vurğulayıb ki, iqlim dəyişiklikləri sektorda riskləri əhəmiyyətli dərəcədə artırır:

“İqlim dəyişikliklərinin təsirini minimuma endirmək üçün müasir suvarma sistemlərinin qurulması, aqrar sığorta mexanizmlərinin genişləndirilməsi və fermerlərin hava risklərinə qarşı dayanıqlı texnologiyalarla təmin olunması vacibdir. Əks halda qeyri-sabit hava şəraiti gələcək illərdə də məhsuldarlığa və ərzaq təhlükəsizliyinə mənfi təsirini davam etdirəcək”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!