33 ildən sonra öz kəndlərində bir araya gəldilər -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

33 ildən sonra öz kəndlərində bir araya gəldilər - VİDEO

Sosial

20 May 2026 11:57 575


Füzuli rayonunun Yuxarı Dilağarda kənd sakinləri 33 ildən sonra ilk dəfə bir araya gələrək unudulmaz görüş keçiriblər.

“Yeni Sabah” xəbər verir ki, görüşün təşkilatçısı kənd sakini Zahir Əliyev olub. Görüşdə kəndin ən yaşlı sakinindən tutmuş ən kiçik nümayəndəsinə qədər hər kəs iştirak edib. Kəndin ağsaqqalları, ağbirçəkləri, müəllimləri, ziyalıları və gəncləri doğma torpağın həsrətindən sonra yenidən eyni məkanda görüşməyin sevincini yaşayıblar.

Tədbir zamanı Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid ailələrinə və qazilərə xüsusi ehtiram göstərilib. Çıxış edən kənd sakinləri illərlə davam edən yurd həsrətindən, köçkünlük həyatının ağrı-acısından və bu günün onlar üçün nə qədər qürurverici olmasından danışıblar. pizza hut

Qeyd edək ki, Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun rəşadəti nəticəsində rayon 2020-ci il oktyabrın 17-də işğaldan azad edildi. Bu görüş isə illər sonra doğma kəndin sakinlərini yenidən bir araya gətirərək həm kövrək, həm də qürur dolu anlarla yadda qaldı.

Görüş zamanı kənd sakinləri keçmiş xatirələri bölüşüb, uşaqlıq illərindən danışıb, illər sonra eyni süfrə arxasında toplaşmağın sevincini yaşayıblar. Uzun ayrılıqdan sonra doğma insanların bir-birinə sarılması, göz yaşları və səmimi söhbətlər tədbirə xüsusi duyğusal ab-hava qatıb. Bu görüş Dilağarda kənd sakinləri üçün sadəcə bir qovuşma deyil, həm də doğma yurda qayıdışın, birlik və həmrəyliyin rəmzi olub.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!