UNOSSC-un direktoru: Bu tədbir Azərbaycanın liderliyini daha da gücləndirir

saytların hazırlanması

Evə çatdırılma

UNOSSC-un direktoru: Bu tədbir Azərbaycanın liderliyini daha da gücləndirir

Siyasət

20 May 2026 11:56 97


Bakıda Qlobal Cənub QHT Platformasına göstərilən dəstəyin şahidi olmaq böyük məmnunluq doğurur. Bu təşəbbüs son dərəcə vacibdir və Azərbaycanın Qlobal Cənub, eləcə də Cənub-Cənub əməkdaşlığı sahəsində liderliyini daha da gücləndirir.

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Əl-Xətib səsləndirib.

O bildirib ki, bu, Azərbaycanın Cənub-Cənub əməkdaşlığı istiqamətində ilk təşəbbüsü deyil. Lakin bu platforma xüsusi əhəmiyyət daşıyır. Çünki o, müxtəlif ölkələrdən olan qeyri-hökumət təşkilatlarını bir araya gətirir. Bu təşkilatlar ən az inkişaf etmiş ölkələr, kiçik ada dövlətləri, dənizə çıxışı olmayan ölkələr və orta gəlirli dövlətlər də daxil olmaqla, müxtəlif qlobal gündəliklərin irəli aparılmasında icmaların səsini təmsil edəcəklər. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!