Emin Ağalarov ilk milyonunu necə qazandığını açıqladı: “Heç kim inanmayacaq”

saytların hazırlanması

Evə çatdırılma

Emin Ağalarov ilk milyonunu necə qazandığını açıqladı: “Heç kim inanmayacaq”

Şou

20 May 2026 14:21 101


Xalq artisti Emin Ağalarov qazandığı ilk milyon dollardan danışıb. O, bunu bizneslə deyil, musiqidən əldə etdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Eminin sözlərinə görə, Rusiyanın 50 şəhərində verdiyi konsertdən həmin pulu qazanıb:

“İlk milyon dollarımı qazandım. Heç kim inanmayacaq, amma bu, biznes sayəsində olmadı. İlk uğurlu konsert fəaliyyətimə başlayanda və turlara çıxanda musiqi ilə bir milyon dollar qazanmaq arzum var idi. Mənə Rusiyanın 50 şəhərini əhatə edən tur təklif olundu. Biz həmin turu başa vurduq və bu, mənim qazandığım ilk milyon dollar oldu. pizza hut

Bu pul mənim üçün çox dəyərli idi. Çünki ilk dəfə idi ki, sevdiyim işi görərək, səhnədə çıxış edərək, musiqimi dinləyicilərimlə paylaşaraq pul qazanırdım. Yəqin ki, həyatımın ən qiymətli qazancı da elə o pullar idi. O vaxt 35 yaşım var idi”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!