Kanada Dünya Kubokuna 800 milyon dollar xərcləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Kanada Dünya Kubokuna 800 milyon dollar xərcləyəcək

İdman

21 May 2026 13:55 114


Kanada hökuməti 2026-cı ilin Dünya Kubokuna ev sahibliyi etmək üçün təxminən 1,1 milyard Kanada dolları (801 milyon dollar) xərcləyəcək.

"Yeni Sabah" xəbər verir ki, ölkə hər biri təxminən 82 milyon Kanada dollarına başa gələn 13 oyuna ev sahibliyi edəcək.

On oyun qrup mərhələsində, üçü isə pley-offun müxtəlif mərhələlərində keçiriləcək. Marqarita pizza

Ümumi xərcin təxminən 473 milyon Kanada dolları federal büdcəyə, 593 milyon Kanada dolları isə yerli büdcələrə düşəcək.

ABŞ Dünya Kuboku zamanı təkcə təhlükəsizlik tədbirlərinə 625 milyon dollar xərcləyəcəyini, üstəlik, ABŞ-nin 11 ev sahibi şəhərinin hər birinin 200 milyon dollara qədər töhfə verəcəyini bildirmişdi.

Dünya çempionatı iyunun 11-də başlayacaq, final oyunu isə iyulun 19-da Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!