Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Hüseynov Asif Tahir oğlu Mingəçevir şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
"Yeni Sabah" xəbər verir ki, Hüseynov Asif Tahir oğlu 1987-ci ildə Şəmkir şəhərində anadan olub. 1994–2005-ci illərdə Şəmkir şəhəri Cahangir Rüstəmov adına tam orta ümumtəhsil məktəbi ndə rus bölməsində təhsil alıb. Bakı Odlar Yurdu Universitetinin "Hüquqşünaslıq" fakültəsinin məzunudur.
Qeyd edək ki, Asif Hüseynov 2016-cı ildə ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Tovuz rayon icra ve probasiya şöbəsində icra məmuru, 2022-ci ildən isə böyük icra məmuru vəzifəsində işləmişdir. 2025-ci ildən isə Şəmkir şəhər icra və probasiya şöbəsində böyük icra məmuru vəzifəsinə təyin edilmişdir. Toyuqlu pizza
Telegram kanalımız