Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı

Dünya

20 May 2026 19:08 137


Türkiyənin “İstanbul Altın Rafinerisi A.Ş.” şirkəti ilə bağlı aparılan istintaq çərçivəsində Bakırköyün Florya səmtində yerləşən villanın zirzəmisində 350 kiloqram qızıl aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, qızılın dəyərinin təxminən 2 milyard 330 milyon lirə olduğu bildirilir.

İddianaməyə əsasən, qızılların şirkətin anbarından çıxarılaraq villa zirzəmisinə daşındığı müəyyən edilib. Şirkət rəhbərliyi isə həmin qızılların “ailə mirası” olduğunu iddia edib. Dominos pizza

Türkiyə prokurorluğu məsələ ilə bağlı çirkli pulların yuyulması, saxta ixrac və dövlətə qarşı dələduzluq ittihamları üzrə araşdırmaları davam etdirir./Bizim.Media 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!