Mehman Mehdiyev işdən çıxdı, yeni vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Mehman Mehdiyev işdən çıxdı, yeni vəzifəyə təyin olundu

İqtisadiyyat

21 May 2026 18:01 330


“On ilə yaxın çalışdığım “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dəki fəaliyyətimi yeni işə keçməyimlə əlaqədar başa vurdum”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin mətbuat katibi, tanınmış jurnalist Mehman Mehdiyev bildirib.

“Bu illər mənim üçün böyük təcrübə və həyat məktəbi oldu. ASCO-da çalışdığım müddətdə çox peşəkar və dəyərli insanlarla birlikdə işləmək imkanım oldu. Dördpendirli pizza

Birlikdə çalışdığım rəhbərlərə, həmkarlarıma, media nümayəndələrinə və bütün dənizçi dostlarıma təşəkkür edirəm”, - o vurğulayıb.

M.Mehdiyev deyib ki, fəaliyyətini bundan sonra Dövlət Statistika Komitəsində davam etdirəcək.

Əldə etdiyimiz xəbərə görə, o, qurumun mətbuat katibi təyin olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!