Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad edilir.
“Yeni Sabah” xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb.
Deputatlar N.Əliyevin hakim vəzifəsindən azad olunmasına baxacaqlar. pizza sifarişi
Qeyd edək ki, Əliyev Nural Turab oğlu 1986-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetin Hüquq fakülətsini bitirib. 2009-2016-cı illərdə Ali Məhkəmənin katibi, 2016-2018-ci illərdə Sabunçu Rayon Prokurorluğunda müstəntiq vəzifələrində çalışıb.
2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub.
N.Əliyev 2022-ci ilin dekabr ayının 23-də Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Nazim Hacıyev
Telegram kanalımız