ABŞ və İran arasında Pakistan vasitəçilərinin iştirakı ilə hazırlanan mümkün razılaşma layihəsinin yaxın saatlarda dərc olunması gözlənilir.
"Yeni Sabah" Əl-Ərəbiyyə-yə istinadla xəbər verir ki, layihədə dərhal, tam və qeyd-şərtsiz atəşkəs və hər iki tərəf hərbi, mülki və ya iqtisadi infrastruktura hücum etməmək öhdəliyi götürür.
Razılaşmanın bu versiyası Oman körfəzində, Hörmüz boğazında və Fars körfəzində naviqasiya azadlığına zəmanət verir. O, razılaşmanın həyata keçirilməsi və mübahisələrin həlli üçün birgə mexanizmin yaradılmasını nəzərdə tutur. Dominos pizza
ABŞ İrana qarşı sanksiyaları tədricən ləğv edəcək.
Razılaşmanın rəsmi elanından bir həftə sonra tərəflərin həll olunmamış məsələlər üzrə danışıqlara başlaması gözlənilir. İranın nüvə proqramı əsas məsələ hesab olunur.
Telegram kanalımız