"Viktoriya"nın (Plzen, Çexiya) futbolçusu Forçun Akpan Bessi Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri matçlar haqqında danışıb.
Yenisabah.az xəbər verir ki, "Ferentsvaroş"dan icarəyə götürülən 24 yaşlı hücumçu Macarıstan komandasının Ağdam təmsilçisinə uduzmasını xatırlayıb:
"Bu rəqibə qalib gələ bilərik. "Qarabağ"la matçlar çətin idi, indi də belə olacaq. "Qarabağ" irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir. Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, yaxşı mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik". Dominos pizza
Qeyd edək ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, "Qarabağ" ilk oyunda "Ferentsvaroş"la heç heçə etsə də (1:1), cavab görüşündə qalib gələrək (3:1) pley-offa adlayıb.
Telegram kanalımız